ŞƏMŞİRİN

Haqqımızda

ŞəmŞirin Şirniyyat Evi əsasən dünya mətbəxi və milli mətbəx şirniyyatları təqdim edən şirniyyat evidir. Şirniyyatla yanaşı ən gözəl kofeni də məhz ŞəmŞirin Şirniyyat Evində dada bilərsiniz. Bizim professional şirniyyatçılarımızın hazırladığı məhsullar digər şirniyyat evlərinin şirniyyatlarından əsasən ona görə fərqlənir ki, hər hansı bir şirniyyat məhsulunun hazırlanması üçün tələb olunan tərkib hissəsindən kənara çıxılmır və orginal resept əsasında hazırlanır. Təbii ki, əsl italian tiramisusu məhz mascarpone pendiri ilə hazırlanmalıdır. Bununla yanaşı ŞəmŞirin Şirniyyat Evi sizin konfransların, iclas və rəsmi görüşlərin kofe və çay fasilələrini təşkil edə bilər və yüksək səviyyəli məhsulları ilə tədbirinizi bəzəyə bilər. Həmçinin ŞəmŞirin Şirniyyat Evindən siz *5757 sifariş xətti vasitəsi ilə toy, doğum günü, nişan günü və digər əlamətdar günlər üçün sizin istəyiniz nəzərə alınmaqla bəzədilmiş tortlar və şirniyyatlar sifariş verə bilərsiniz. ŞəmŞirin gözəl akustika, yumşaq mebellər, ödənişsiz WiFi və gözəl xidmət ilə sizin gününüzü özəl edə biləcək yeganə məkandır.