ŞƏMBURG

Haqqımızda

Şəmburg – fərqli təamları dadmaq istəyənlər üçün uyğun bir məkandır. Təqdim etdiyi çörək arası məhsulları, burgerləri və sendviçləri ilə Şəmburg Restoranı nəinki Şəmkir şəhəri əhalisinin eləcədə qonşu Gəncə, Tovuz və Gədəbəy şəhərlərinin də əhalisinin bir nömrəli ailəvi məkan kimi rəğbətini qazanmışdır. Digər Fast Food təqdim edən restoranlardan fərqli olaraq bizim təqdim etdiyimiz məhsullar 100% təbii, heç bir qatqı maddələri, qida boyaları və kimyəvi, sintetik məhsullar istifadə edilmədən, yüksək səviyyədə qorunan sanitar və gigiyenik şəraitdə hazırlanır. Məhz bu səbəbdən də məhsullarımızın sağlamlıq dəyəri yüksəkdir. Bütün bunlarla yanaşı xüsusi təlim keçmiş personal, ödənişsiz WiFi, xoş akustika sizlərə əla təsir bağışlayacaq. Siz Şəmburg Fast Food Restoranımızda hətta öz avtomobilinizdən enmədən belə sifariş verə və ŞəmDrive xidmətimizdən yararlana bilərsiniz. Həmçinin *5757 sifariş xəttinə zəng vurmaqla səhər saat 10:00-dan axşam saat 22:00-a kimi sifariş verməklə çatdırılma xidmətimizdən də yararlana bilərsiniz. Şəmburg Fast Food Restoranımız balaca balaların doğum günü, əlifba bayramı və ya hər hansı əlamətdar bir günü qeyd edə biləcəkləri məkandır.