ŞƏM

Məktəblərarası ilk Buz Oyunları Çempionatı - Şəmkir Turniri

Ice Games Championship

Diqqət, Diqqət!!!

Dəyərli məktəblilər, Şəmkir Rayon Gənclər və Idman IdarəsiShamkir City Park - Şəmkir Şəhər Parkı və Şəmkir Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə 25-30 Aprel tarixləri arası Məktəblərarası Buz Oyunları üzrə Şəmkir Turniri keçiriləcəkdir. 

Çempionat Şəmkir Əyləncə Mərkəzində baş tutacaq. Çempionatda 16 məktəb və hər məktəbdən 3 yarışçı yarışlara qatılacaq. 

25 Aprel tarixində səhər saat 10:00-da əvvəlcədən seçilmiş 16 məktəbin komandaları və azarkeşlər Şəmkir Əyləncə Mərkəzində olmalıdırlar. İlk öncə jürilərimiz püşkatma həyata keçirəcəklər və püşkatmanın nəticəsinə əsasən saat 11:00-dan etibarən yarışlarımıza start veriləcək.

Dəyərli məktəblilər çempionat zamanı öz komandanızı dəstəkləmək üçün sizi Şəmkir Şəhər Parkı ödənişsiz olaraq avtobusla təmin edəcək.

Gəlin komandanızı dəstəkləyin və öz məktəbinizi qalib edin. 
Ətraflı məlumat üçün: 050-271-42-12