ŞƏM

İlk məktəblərarası buz oyunları başa catdı

Daha öncə nəzərinizə catdırdığımız kimi 25-30 Aprel tarixlərində Şəmkir Şəhər Parkının, Şəmkir Rayonu Gənclər və İdman İdarəsinin və Şəmkir Rayonu Təhsil Şöbəsinin müştərək dəstəyi ilə baş tutan İlk Məktəblərarası Buz Oyunları Çempionatı - Şəmkir Turniri uğurla başa çatmışdır. 16 məktəb arasında baş tutan yarışmada 3 məktəb qalib gəlmişdir.  Qalib gələn məkəblər: 1-ci yer Dəllər qəsəbəsi Z.Abbasov adına tam orta məktəbin şagirdləri, 2-ci yer Baku Oxford School in Shamkir-in şagirdləri, 3-cü yeri isə C.Rüstəmov adına tam orta məktəbin şagirdləri layiq görülmüşlər. Qaliblər medallar, kuboklar, diplom və qiymətli hədiyyələr ilə təltif olunmuşlar.