ŞƏM

Haqqımızda

Şəmkir Əyləncə Mərkəzi – “İstirahətin yeganə məkanı” sloqanlı obyekt 2013-cü il Sentyabr ayından fəaliyyət göstərir. Şəmkir Əyləncə Mərkəzi iki hissədən ibarətdir: Açıq ərazi və qapalı bina. Açıq ərazidə fərqli yaş qruplarının istifadəsi üçün yararlı olan adrenalin dolu 12 karusel və qapalı binada 140 oyun aparatından ibarət olmaqla 152 atraksionla xidmət göstərir. Həmçinin bütün atraksionlar 2013-cü il ABŞ, Kanada, Avstraliya, və İtaliya istehsalı olmaqla yüksək keyfiyyətlidir. Sevindirici digər hal isə odur ki, Şəmkr Əyləncə Mərkəzinin qapalı binasında yerləşən buz meydançası Respublikamızın sütunsuz ən böyük buz meydançalarından biri sayılır. Isti aylarda daha da aktiv olan məkan hər gün təxmini 250-300 qonağa xidmət göstərir.