BORÇALI

Haqqımızda

Borçalı Restoranı həm milli, həm də Gürcü mətbəxi əsasında fəaliyyət göstərən, füsunkar parka malik, banketlər, ad günü, nişan, xına yaxdı, korporativ gecələr üçün ən ideal ailəvi məkandır. Borçalı Restoranı daha öncə Komsomol Parkı kimi tanınan parkın ərazisində Tiflis Cafe kimi fəaliyyət göstərirdi. Ancaq 2014-cü ilin Aprel ayından etibarən rəsmən Şəmkir Şəhər Parkının tabeçiliyində yenidən restavrasiya olunaraq Borçalı Restoranı kimi fəaliyyətini davam etdirir. Restavrasiyadan sonra Borçalı Restoranı geniş və işıqlı zal; dünya standardları əsasında qurulmuş, təmizlik və gigenaya yüksək səviyyədə əməl olunan, professional avadanlılar ilə təchiz olunmuş mətbəx; professional treninq görmüş aşbaz və ofisiant heyyəti ilə sizlərin qarşınızdadır. Yüksək səviyyədə trening görmüş əməkdaşlarımızın göstərdiyi professional xidmətin sayəsində sizin hər hansı özəl bir gününz unudulmaz olacaq. Öz xidmətləri və təklif etdiyi məhsulların fərqli tərzdə servis olunması ilə Borçalı Restoranı qərb bölgəsində, xüsusi ilə də Gəncə-Basar bölgəsində restoran, ictimai-iaşə servisinə xüsusi nəfəs gətirdi. Şəmkir Şəhər Parkının tabeçiliyində fəaliyyətə başlamasından az bir müddət keçməsinə baxmayaraq Borçalı Restoranı bir çox mötəbər, dövlət əhəmiyyətli, beynəlxalq tədbirlərin restoran/keytring xidməti ilə təmin olunmasında uğurla iştirak etmişdir. Misal olaraq Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq Shamkir Chess 2014 Şahmat Turniri, Parlaq Zəka İntellektual Oyunları, Lativa-Azərbaycan Biznes Formu, Şəmkir şəhəri İcra Aparatının həyata keçirmiş olduğu bir sıra dövlət əhəmiyyətli tədbirlər, təltif etmə mərasimləri, Əsgər Şöhrət Gününə həsr olunmuş tədbirin keyting xidməti və s. kimi bir çox tədbirlərdə məhz Borçalı Restoranının xidmətlərindən istifadə olunmuşdur.