ABİDƏLƏR

Haqqımızda

Şəmkir şəhərinin tam mərkəzində yerləşən və Azərbaycan xəritəsini əks etdirən, hər bölgənin özünə xas olan qədim abidələrin maraqlı miniatur abidələri ilə göz oxşayan, Xəzər dənizini təcəssüm etdirən füsunkar fontanı olan Abidələr parkında yerləşən kafe yüngül qəlyanaltılar, çay ceşidləri və kofe ceşidləri ilə xidmətinizdədir. Abidələr Park Cafe-də həmçinin profesional qəlyan ustası tərəfindən hazırlanan qəlyan ceşidləridə servis edilməkdədir. Excelsior Shamkir Hotel-də hazırlanan Shamkir Brau pivəsinin dadına məhz Abidələr Park kafedə baxa bilərsiniz. Bu kafenin təqdim etdiyi xidmətlərdən biri də geniş monitorlarda yüksək akustika ilə yayımlanan Digi Türk idman kanallarıdır ki, bu da sizin kafemizdə keçirdiyiniz asudə vaxtı daha maraqlı edəcək. Şəmkir Şəhərində daha bir yeniliyə imza atan Abidələr Park Cafe də gənclərin sevimli oyunu olan Mafia Club da fəaliyyət göstərməkdədir. Mafia Clubda geniş 12 nəfərlik dairəvi masa, hər personaj üçün xüsusi kartlar və s. oyun ləvazimatları təşkil olunmuşdur. Peşəkar Mafia Club aparıcımızın təşkil etdiyi hər bir oyun öz maraqlılığı ilə xatirnizdə qalacaq. Şəmkir şəhərində olub Abidələr Parkını gəzməmək, bu parkda fəaliyyət göstərən Cafe-də fərqli otlar ilə dəmlənən samovar çayı içməmək, Mafia Clubda oynamamaq o demək olar ki siz Şəmkir şəhərində olmamısınız.